“Report”un redaksiyasına izləyicilər tərəfindən “VAZ 2107” markalı avtomobilin sürücüsünün Bakının mərkəzində təhlükəli hərəkətlərinin əks olunduğu videogörüntü daxil olub.
Həmin görüntülərdə Bülbül küçəsi ilə Zərifə Əliyeva prospektinin kəsişməsində 90-HX-242 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrinin sürücülərini çətin vəziyyətə salaraq təhlükəli manevrlər edir. Daha sonra həmin sürücü işıqforun qırmızı işığının tələblərini pozaraq heç nə olmamış kimi hərəkətinə davam edib.
“Report” həmin görüntüləri təqdim edir: