Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 224 m² olan birmərtəbəli evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan evin giriş qapısı qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az