İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr

İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr
07:37 28 Fevral 2020
124 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Qum Tibb Elmlәri Universitetinin direktor әvәzi Әli Әbrazә ISNA-ya açıqlamasında deyib.

Ә.Әbrazәnin sözlәrinә görә, sәyyar xәstәxana lazım olduğu halda İran silahlı qüvvәlәri onu yaradacaq.

Әbrazә deyib ki, Qumda tibbi mәsәlәlәrә düzgün şәkildә riayәt olunmazsa, yoluxma halı 2-3 minә çata bilәr.

İranlı hәkim bildirib ki, hazırda Kamkar vә Fәrqani xәstәxanaları doludur. Ötәn gecәdәn İmam Rza xәstәxanasında qәbullar başlayıb vә qәbul üçün İmam Әli xәstәxanası haıırlanmaqdadır.

Hazırda Qum Tibb Elmlәri Universitetinin rektoru, onun iki müavini, Qumda 10 hәkim vә tibb işçisi yeni koronavirusa yoluxub.

Әbrazә әlavә edib ki, Qumda yeni koronavirus nәticәsindә 18 nәfәr dünyasını dәyişib.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 26 nәfәrin öldüyünü vә 245 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. Virus şübhәlisi 1,4 mindәn çoxdur.

Әlavә edәk ki, İranın sәhiyyә nazirinin müavini İrәc Hәrirçi, İran prezidentinin ailә vә qadın mәsәlәlәri üzrә müavini Mәsumә Ebtekar, İran parlamentinin milli tәhlükәsizlik vә xarici siyasәt komitәsinin sәdri Muctaba Zonnur vә parlamentin deputatı Mahmud Sadeqi yeni koronavirusa yoluxub. İranın Vatikandakı sabiq sәfiri Hadi Xosrovşahi isә virus nәticәsindә dünyasını dәyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR