“Altın kelebek” təxirə salındı

“Altın kelebek” təxirə salındı
13:47 28 Fevral 2020
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün keçirilməsi planlaşdırılan 46-cı "Altın kelebek" mükafatları gecəsinin təxirə salınacağı bildirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ötən gün Türkiyənin Suriya ilə sərhəddində xeyli sayda əsgərin öldürülməsidir.

Hazırda təşkilatçılar məsələ ilə bağlı danışıqlar aparırlar. Onlar belə bir gündə əyləncəli tədbirin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər.

Qeyd edək ki, bugünkü tədbirdə Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getmişdi.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR