İtaliya rəsmisi Cənub Qaz Dəhlizindən danışdı

İtaliya rəsmisi Cənub Qaz Dəhlizindən danışdı
18:37 28 Fevral 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və İtaliyanın energetika sahəsində əməkdaşlığının çox uğurlu gələcəyi var".
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra mətbuat konfransında İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde bildirib.
O qeyd edib ki, CQD layihəsinin icrasına başlanılandan sonra aparılan işlər tamamlanmaq üzrədir.
"İtaliyanın mövqeyi ondan ibarətdir ki, bu layihə enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün şaxələndirmə mənbəyidir", - deyə nazir müavini əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-taliya-resmisi-cenub-qaz-dehlizinden-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR