Bakı, 22 may, AZƏRTAC
Çimərlik futbolu üzrə Portuqaliya milli komandası “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.
Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasının məşqlərinin keçirilməsi üçün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb.
Portuqaliya millisi iyunun 21-dək hazırlıq keçəcək.