Rusiyanın paytaxtı Moskvada polis saxta ekstrasenslərdən ibarət cinayətkar qruplaşmanı ifşa edib.
Metbuat.az xəbər verir ki, qruplaşmanın insanları aldadaraq 2 milyon rubldan çox vəsaiti mənimsəyib.
Əməliyyat zamanı 10 nəfər, o cümlədən qruplaşmanın rəhbəri yaxalanıb.
Bildirilir ki, dələduzlar sosial media vasitəsilə qurbanlarının problemlərini dinləyərək onlara müəyyən məbləğ qarşılığında yardım vəd edirdilər.
Faktla bağlı araşdırma aparılır. / Axar