Knessetə (parlament) keçirilən seçkilərdə İsrailin hazırki Baş naziri Benyamin Netnyahunun başçılıq etdiyi “Likud” partiyası 37 mandatla irəlidədir.

Metbuat.az xəbər verir ki, bu barədə eksit-polun nəticələrində deyilir.

Müxalif “Kaxol-Lavan” partiyası isə 33 yerlə ikinci yerdə qərarlaşıb.

14 yerlə isə “Birləşmiş Ərəb Siyahısı” III yerə yiyələnib.