“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib

“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib
08:22 3 Mart 2020
Ölkə mətbuatı
A- A+

"LG" şirkəti "Q51" adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 6,5 düymlük ekrana malik aparat 2,0 QHs maksimal takt tezlikli 8 nüvəli "MediaTek Helio P22" prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaş ("microSD" kartı vasitəsilə artırmaq mümkündür) ilə təchiz edilib. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Modelin özəlliyi "MIL-STD-810G" hərbi standartına uyğun hazırlanmasıdır: temperatur fərqinə, yüksək nəmişliyə və günəş şüalarının təsirinə qarşı dayanıqlıdır.

Qurğunun arxa tərəfində quraşdırılmış kamera modulu 13 meqapiksellik əsas, 5 mp-lik genişbucaqlı optika və 2 mp-lik dərinlik datçikindən ibarətdir. Ön paneldə kəsik sahəsində quraşdırılmış selfi kamera 13 meqapiksel təsvir ölçüsündə şəkillər çəkmək imkanına malikdir.

İstehsalçının məlumatına görə, "LG Q51" smartfonu "DTS:X 7.1" çoxkanallı səslənmə texnologiyasını dəstəkləyir. Biometrik identifikasiya metodu kimi arxa qapaqda yerləşdirilmiş barmaq izləri skaneri nəzərdə tutulub. "Google"un səs assistentini çağırmaq üçün xüsusi klaviş var. Bundan başqa, smartfon alış-verişin haqqını təmassız ödəməyə imkan verən NFC çipi ilə təchiz edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR