Dövlət Turizm Agentliyi: Hotellərin çoxunda profilaktik tədbirlər həyata keçirilir

Koronavirusla əlaqədar hotellərin bir çoxu profilaktik tədbirlər həyata keçirirlər.

Bunu Metbuat.az-a Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, profilaktik tədbirlərin həyata keçirilməsi məcburi qaydada deyil:

"Amma bizim aldığımız məlumatlara görə, bir çox hotellər özləri profilaktik tədbirlər həyata keçirirlər. Ümumiyyətlə isə, koronavirusla əlaqədar vahid qərargah yaradılıb. O, bütün müəssisələrə lazımi təlimatlarını verir və məsələni nəzarətdə saxlayır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR