“Arvadıma bahalı zinət əşyaları alıram, aparıb satır”

“Arvadıma bahalı zinət əşyaları alıram, aparıb satır”
18:52 3 Mart 2020
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sonuncu dəfə "Cek Ryan" serialında baş rolda oynayan Con Krasinski "Səssiz bir yer 2" filmində birlikdə rol almağa hazırlaşdığı həyat yoldaşı Emili Blantla bağlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, amerikalı rejissor və aktyor həyat yoldaşına etdiyi sürprizlərin ona təsir etmədiyini söyləyib:

"Son 7-8 ildir ona bahalı zinət əşyaları alıram, amma hələ də hansı zövqdə olduğunu bilmirəm. O da aldığım aksessuarlar aparıb satır. Təbii ki, pul mənə geri qayıtmır".

Qeyd edək ki, 2008-ci ildən birlikdə olan cütlük 2010-cu ildə ailə qurub. Onlar Hollivudun ən yaxşı cütlükləri sırasında göstərilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/830704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR