Bütün dünyada çimərliklər yoxa çıxa bilər - PROQNOZ

Bütün dünyada çimərliklər yoxa çıxa bilər - PROQNOZ
16:32 4 Mart 2020
Ölkə mətbuatı
A- A+

İqlim dəyişikliyi səbəbindən 2100-cü il üçün Yer üzərində mövcud olan çimərliklərin sayı kəskin azala bilər.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, Avropa Komissiyasının Birləşmiş Tədqiqat Mərkəzinin tədqiqatçıları belə qənaətə gəliblər.

Alimlərin fikrincə, hətta çirklənmələrin qarşısı alınsa belə, çimərliklərin sayının yarıbayarı azalması gözlənilir ki, bu da, öz növbəsində, turizmə böyük ziyan vuracaq.

Tədqiqatların nəticələrinə görə, daha çox Avstraliya ziyan görəcək. Növbəti 60 ildə ölkənin 15 min kilometr çimərlik sahillərini itirəcəyi proqnozlaşdırılır.

Eləcə də Kanada, Çili, ABŞ, Meksika, Çin, Rusiya, Argentina, Hindistan və Braziliya sahillərinin də itəcəyi qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/830994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR