Türkiyə Böyük Millət Məclisində AKP və CHP deputatları arasında dava baş verib.
Metbuat.az xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.
AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra söz davası əlbəyaxa davaya çevrilib.