Dünyada koronavirusun geniş yayıldığı ölkələrdə internet səhifələrinə giriş rekord sayda artıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, insanların əksəriyyəti virusdan ehtiyat etdikləri üçün vaxtlarını evdə keçirir. Buna görə də insanlar internet oyunlarına və saytlarına girməyə daha çox maraq göstərir. Araşdırmalar göstərir ki, son günlər erotik saytlara giriş digər növ saytlara nisbətən daha çoxdur.

Qeyd edək ki, dünya miqyasında 100 min insan koronavirusa yoluxub.