"Bu, "Qarabağ"la bizim aramızda olan fərqi göstərir" - "Keşlə"nin legioneri

"Bu, "Qarabağ"la bizim aramızda olan fərqi göstərir" - "Keşlə"nin legioneri
23:17 8 Mart 2020
178 İdman
Ölkə mətbuatı
A- A+

Keşlə"nin futbolçusu Aleksandr Kristovao Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirə bilərdik. Əfsuslar olsun ki, epizodlardan birini qaçırdıq. "Qarabağ"a qarşı çətin oyun oldu. Hər iki hissədə bizə müqavimət göstərə bildilər.

- 100 faizlik qol epizodunuz vardı. Zərbənizdən sonra top meydançadan çıxdı. Bunu necə şərh edərdiniz? 

- Bu epizod birbaşa "Qarabağ"la bizim aramızda olan fərqi göstərir. Biz qol vəziyyətlərini qaçırdıq. Amma onlar dəyərləndirə və lazımınca tamamlaya bilirdilər.

- "Qarabağ" çempionluğa oynayan komandadır. Başqa rəqiblərlə müqayisədə onların  gücünü hiss etdiniz?

- "Qarabağ"ın yaxşı heyəti var. Keyfiyyətli futbol oynadıqlarını hiss etdik. Onlar  hazırda birinci yerdədirlər. 

- Lorenzo Frutos komandanın  bombardiri olsa da, siz gələndən sonra ehtiyatda qalır, siz isə əsas heyətdə meydana çıxırsınız. Belə olacağını düşünürdünüzmü?

- Frutos yaxşı oyunçudur. Bu, baş məşqçinin seçimidir. Mən onun inamını doğrultmağa çalışıram və son dəqiqələrədək oynayıram.

- Qol vurmağınız üçün nə çatmır? Çempionatımız sizə ağır gəlir? Yəni, mane olan budur?

- Mən hər oyun epizodlar yaradıram və onları dəyərləndirməyə çalışıram. Təəsüf ki, qaçırdığım qol vəziyyətləri də olur. Amma mən öz üzərimdə işləyirəm, səbrli olub, keyfiyyətimi nümayiş etdirməyə çalışıram.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR