Samsung Galaxy S20 Ultra-nın maya dəyəri nə qədər təşkil edir?

Samsung Galaxy S20 Ultra-nın maya dəyəri nə qədər təşkil edir?
23:22 10 Mart 2020
Ölkə mətbuatı
A- A+

Smartfonların hissələrə ayrılaraq qiymətləndirilməsi ilə məşğul olan TechInsights agentliyi Samsung Galaxy S20 Ultra flaqman smartfonunu analiz ediblər. Mütəxəssislər bir ədəd Galaxy S20 Ultra-nın Samsung şirkətinə hansı qiymətə başa gəldiyini hesablayıblar və əldə edilmiş qiymət göstəricisini pərakəndə satış qiyməti ilə müqayisə ediblər. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən bir ədəd Galaxy S20 Ultra modeli Samsung şirkətinə 528.5$-a başa gəlir. Həmin qiymətə Snapdragon 865 prosessoru (81$), ekran (67$), flash yaddaş (44$) daxildirlər.

    Smartfonun ən bahalı komponenti isə 108 MP-lik kameradır. Belə ki, onun qiyməti 107.5$ təşkil edir. Digər komponentlərə gəldikdə isə smartfonun batareyası 7.5$, elektronika və çiplərə sahib olmayan gövdə elementləri 30.5$, modem 26.5$ təşkil edir. Smartfonun istehsalat qiymətinə həmçinin onun yığılması və test edilməsi də daxildir. Verilmiş məlumata əsasən şirkət test edilmiş hər bir Galaxy S20 Ultra-ya görə 27.5$ ödəyir. Qeyd etmək lazımdır ki, bütün bu qiymətlərə smartfonun reklam kampaniyası xərcləri daxil deyil. Galaxy S20 Ultra 1507$ qiymətində satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR