Onlar yalnız bir-birləri ilə evlənirlər... (FOTO)

Onlar yalnız bir-birləri ilə evlənirlər... (FOTO)
16:56 17 Yanvar 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Bu ailənin bütün üzvləri dünyanın ən nadir xəstəliklərindən birinin daşıyıcısıdır.

ANS PRESS-in məlumatına görə, 48 yaşlı Mani və 53 yaşlı Reseturay Pullan cütlüyünün altı uşağı, bir kürəkəni və bir nəvəsi var.

Ailə dünyanın ən böyük albinos ailəsidir. "Ginnesin Rekorlar Kitabı"na düşən ailənin ilk nəsli də albinos olub.

Hər şeyə rəğmən xoşbəxt olduqlarını söyləyən Reseturay Pullan, anadangəlmə düçar olduğu xəstəlik barədə çox şey bilmir. "Albinos haqqında bildiyimiz şeylər sadəcə yaxşı görməmələri və uzun müddət günəş altında dayana bilməmələridir. Ancaq yenə də əlimizdən gələn ən yaxşı şəkildə yaşamağa çalışırıq".

1983-cü ildə evlənən Roseturay və Mani albinoların bir-biri ilə evlənməsinin şans və zənginlik gətirdiyini deyirlər. Hər halda Hindistan inanclarına görə belə düşünürlər.

"Ona görə ailə arasında evləndik” deyən ailə, əslində insanların onlara qeyri-adi varlıq kimi baxdığını, cəmiyyətdən kənarlaşdırıldıqlarını və bu xəstəlik üzündən çox çətinliklər yaşadıqlarını söyləyir.

















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR