.

Bakıda kafedə 31 yaşlı şəxsi bıçaqlayan tutuldu

Bakıda kafedə 31 yaşlı şəxsi bıçaqlayan tutuldu
10:32 13 Mart 2020
69 Digər
Ölkə mətbuatı
A- A+
.

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kefedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşidirilib, onun həyatını xilas etmək mümkün olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kafede-31-yasli-sexsi-bicaqlayan-tutuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR