İdman gimnastikası FIG Dünya kubokunun ikinci gününün nəticələri

İdman gimnastikası FIG Dünya kubokunun ikinci gününün nəticələri
20:12 13 Mart 2020
159 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında idman gimnastikası FIG Dünya kubokunun ikinci gününün nəticələri əsasında finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında dayaqlı tullanmada, dəstəli at üzərində və turnikdə hərəkətlərdə, qadınlar arasında isə sərbəst hərəkətlərdə və gimnastika tiri üzərində hərəkətlərdə finalçılar müəyyənləşib.

Dayaqlı tullanmada finala Cehvan Şin (14.883 xal, Cənubi Koreya), Andrey Medvedev (14.666 xal, İsrail), İqor Radivilov (14.649 xal, Ukrayna), Ceyms Bakueti (14.566 xal, Avstraliya), Yeqor Şaramkov (14.516 xal, Belarus), Kortni Talloç (14.500 xal, Böyük Britaniya), Əbdülrəhman Mehdi Əlqamal (14.483 xal, Türkiyə) və Xorxe Veqa Lopes (14.433 xal, Qvatemala) vəsiqə qazanıb.

Azərbaycan gimnastları İvan Tixonov (13.683 xal) və Murad Ağarzayev (13.649 xal) müvafiq olaraq 17 və 18-ci yer tutaraq finala çıxa bilməyib.

Dəstəli at üzərində hərəkətlərdə finala Hao Venq (15.433 xal, Çin), Takaaki Sugino (14.600 xal, Yaponiya), Səidrza Keyha (14.500 xal, İran), Vladislav Polyaşov (14.466 xal, Rusiya), Nəriman Qurbanov (14.433 xal, Qazaxıstan), Tyerri Pellerin (14.433 xal, Kanada), Kirill Prokopyev (14.266 xal, Rusiya) və Filip Ude (14.166 xal, Xorvatiya) vəsiqə qazanıb.

Azərbaycan gimnastları İvan Tixonov (13.266 xal) və Murad Ağarzayev (12.266 xal) müvafiq olaraq 14 və 24-cü yer tutaraq finala çıxa bilməyib.

Turnikdə hərəkətlərdə finala Ümit Şamiloğlu (14.266 xal, Türkiyə), Epke Zonderland (14.233 xal, Niderland), Aleksey Rostov (14.233 xal, Rusiya), Tayson Bull (14.100 xal, Avstraliya), Sergey Yeltsov (14.000 xal, Rusiya), Taha Serhani (14.000 xal, İsveçrə), Fransisko Barreto Junior (13.600 xal, Braziliya) və Nikolas İliopulos (13.500 xal, Yunanıstan) vəsiqə qazanıb.

Azərbaycan gimnastları Ağamurad Qəhrəmanov (13.133 xal) və İvan Tixonov (12.466 xal) müvafiq olaraq 11 və 15-ci yer tutaraq finala çıxa bilməyib.

Qadınlar arasında sərbəst hərəkətlərdə finala Lara Mori (13.266 xal, İtaliya), Vanessa Ferrari (12.966 xal, İtaliya), Odri Russo (12.833 xal, Kanada), Angelina Radivilova (12.766 xal, Ukrayna), Tais Fidelis (12.766 xal, Braziliya), Ondin Açamponq (12.633 xal, Böyük Britaniya), Corciya-Rouz Braun (12.600 xal, Avstraliya) və Yana Vorona (12.600 xal, Rusiya) vəsiqə qazanıb.

Azərbaycan gimnastı Samirə Qəhrəmanova 11.300 xalla 24-cü yer tutaraq finala çıxa bilməyib.

Gimnastika tiri üzərində hərəkətlərdə finala Urara Aşikava (13.850 xal, Yaponiya), Rebeka Andrade (13.800 xal, Braziliya), Anastasiya Baçinskaya (13.500 xal, Ukrayna), Emma Nedov (13.166 xal, Avstraliya), Yana Vorona (13.133 xal, Rusiya), Ondin Açamponq (13.100 xal, Böyük Britaniya), Tais Fidelis (12.900 xal, Braziliya) və Mariya Xarenkova (12.766 xal, Gürcüstan) vəsiqə qazanıb.

Azərbaycan gimnastları Marina Nekrasova (12.133 xal) və Samirə Qəhrəmanova (8.466 xal) müvafiq olaraq 17 və 32-ci yer tutaraq finala çıxa bilməyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/833515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR