Koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

Gürcüstanda ilk koronavirusa yoluxma kimi qeydə alınan 55 yaşlı azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilib ki, onun təkrar testlərinin cavabı mənfi olub və o evə buraxılıb.

Həmin şəxsə bir həftə müddətində ev şəraitində qalaraq özünü təcrid etməsi tövsiyə edilib.

Qeyd edək ki, azərbaycanlı vətəndaşa koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR