Rəşad Mahmudovdan koronavirusla bağlı QEYRİ-ADİ TƏKLİF: Hamı eyni anda şam yandırarsa...

Rəşad Mahmudovdan koronavirusla bağlı QEYRİ-ADİ TƏKLİF: Hamı eyni anda şam yandırarsa...
13:03 17 Mart 2020
107 Digər
Ölkə mətbuatı
A- A+

Təklif edirəm ki, Novruz bayramında koronavirusa görə bütün ölkədə eyni anda şamlar yandırıb həmrəylik nümayiş etdirək.

Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Rəşad Mahmudov çıxış edib.

Deputat koronavirusa qarşı mübarizə aparan İtaliya xalqının bu günlərdə necə pozitiv olduğunu da diqqətə çatdırıb. O bildirib ki, Novruz bayramında eyni anda insanların şam yandırması ümummilli məsələlərdə həmrəyliyin göstəricisi olar və bununla həm də dünyaya mesaj verilər.

Rəşad Mahmudov eyni zamanda həkimlərin bu vəziyyətdə rəşadətli mübarizə apardığını, həyatlarını təhlükəyə ataraq insanları xilas etdiyini bildirib: “Heç təsadüfi deyil ki, bu yaxınlarda Çində koronavirusun olması barədə xəbəri ilk elan edən həkim vəfat etdi”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR