Şirvanda ölümlə nəticələnən yol qəzası olub

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da saat 19 radələrində Şirvan şəhər sakini F.Ocaqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Səkinə Vəliyevanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR