Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 71-ə, virusa yoluxanların sayı 2626-ya çatıb.

Metbuat.az xəbər verir ki, Şotlandiya və Uels bölgələrində məktəblər dayandırılıb. Hökumətin bir neçə gün ərzində hansı qərarı verəcəyi gözlənilir.

Kansler Rişi Sunak şirkətlərə 350 milyard funt sterlinq yardım olunacağını açıqlayıb.