Azərbaycanlı futbolçu koronavirus xəbərlərini "feyk" adlandırdı

Azərbaycanlı futbolçu koronavirus xəbərlərini "feyk" adlandırdı
14:37 19 Mart 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın "Dinamo" (Kiyev) komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirusla bağlı vəziyyəti feyk adlandırıb. 
"Report"un məlumatına görə, bununla bağlı keçmiş yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində video paylaşıb. 
"Küçədə gəzdim, xalq çölddir, insanlar çoxdr, uşaqlar lap çoxdur, hava yaxşıdır. Fikrimcə, koronavirus-filan - hamısı feykdir. Kiməsə bu koronavirus lazımdır və kimsə bunların hamısını ortaya atıb. Bu gün İtaliyada 368 nəfərin öldüyünü eşitdim. Amma fikrimcə, bunların hamısı feykdir. Əsas odur ki, özünüzü qoruyun, sağlam olun", - deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, COVID-19 ötən ilin sonlarında Çində qeydə alınıb. Son məlumatlara əsasən, bu xəstəlik 8 000-dən çox insanın həyatına son qoyub. Müalicə olunanların sayı isə 85 mindən çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-futbolcu-koronavirus-xeberlerini-feyk-adlandirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR