İTV Samirəylə bağlı qərar verdi

İTV Samirəylə bağlı qərar verdi
20:05 20 Mart 2020
364 Şou
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb. 

Milli.Az bildirir ki, "qafqazinfo"ya daxil olan məlumata görə, 2021-ci ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək. 

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.
 
Xatırladaq ki, Əfəndi "Avroviziya-2020" milli seçim turunun qalibi olub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/835370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR