Volkswagen-dən elektromobillər üçün yeni plan

Volkswagen-dən elektromobillər üçün yeni plan
12:52 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Alman avtomobil nəhənglərindən Volkswagen elektromobillərilə bağlı yeni planlarını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət elektrikli avtomobillərdə alternativ batareya doldurma üsullarını yoxlayır.

Şirkətdən bildirilib ki, avtomobilinizin batareyasını Günəş və digər bərpaolunan enerji mənbələri ilə doldurmaq mümkün olacaq. Məlumatda o da qeyd edilib ki, depolanan batareyadan enerji satmağın yolları da araşdırılır.

Açıqlamada vurğulanıb ki, 2025-ci ildə elektrikli avtomobil flotunun 350 geqavatt saat enerji depolayacaq. 2025-2030-cu illərdə isə bu rəqəmin 1 teravatt saata qədər artırılması gözlənilir.

Qeyd edək ki, sözügedən rəqəmlər hazırda dünyanın bütün hidroelektrik stansiyalarının istehsal etdiyi enerjidən daha artıqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR