[ 25 May 2015 09:28 ]
Bakı - APA. Hacıqabul rayonunun Muğan qəsəbəsində “Volvo” və “Shacman” markalı iki yük avtomobili toqquşub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdyi məlumata görə, nəticədə “Volvo” markalı yük avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Yanğınsöndürən-xilasedicilər onun meyitini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.