Azərbaycandan Qazaxıstana qayıdan vətəndaşların sayı açıqlanıb

Azərbaycandan Qazaxıstana qayıdan vətəndaşların sayı açıqlanıb
13:22 24 Mart 2020
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 18-dən 22-dək olan müddətdə Azərbaycandan Qazaxıstana 51 vətəndaş qaytarılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Qazaxıstan vətəndaşları səfirliyin və Azərbaycanın dövlət strukturlarının köməyi ilə qayıdıblar:

"19-22 mart tarixlərində Bakı limanından Aktauya 41 nəfər bərə ilə çatdırılıb. Daha 10 Qazaxıstan vətəndaşı Bakıdan Moskva vasitəsilə aviareyslə Nur-Sultan, Almatı və Atırau şəhərlərinə qayıdıb. Bundan başqa, martın 23-də Bakıdan Aktau limanına bərə ilə 13 Qazaxıstan vətəndaşı yola salınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR