Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu il daha çox mükafat alan ölkə ev sahibi Fransa olub. Münsiflərin qərarı ilə festivalın builki laureatlarının siyahısı belədir:
“Qızıl palma” mükafatı – “Erran”, rejissor Jak Odiar

“Qran-pri” mükafatı – “Saulun oğlu” (“Saul Fia”), rejissor Laslo Nemeş

“Ən yaxşı aktrisa” – Runi Mara (“Kerol”), Emmanuel Berko (“Mon roi”-“Mənim kralım”)

Emmanuel Berko
“Ən yaxşı aktyor” – Vensan Lindon, “Bazarın qanunu” (“La loi du marche”)

“Ən yaxşı rejissor” – Hou Syao Syan, “Qatil” (“Assasin”)

“Ən yaxşı ssenari” – Mişel Franko, “Xronikalar” (“Cronicas”)

“Münsiflərin mükafatı” – “Lobster”, rejissor Yorqos Lantimos

“Ən yaxşı debüt filminə görə “qızıl kamera” mükafatı – “Torpaq və kölgə” (“ La tierra y la sombra”), Sezar Aqusto Aseveda

“Ən yaxşı qısametrajlı film” – “98” dalğaları” (“Waves “98”), rejissor Eli Daqer

“Kino sənətinə töhfəsinə görə” – Anyes Varda
