Martın 29-da Yaponiyanın Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb - FOTOREPORTAJ

Martın 29-da Yaponiyanın Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb - FOTOREPORTAJ
19:17 30 Mart 2020
202 Maraqlı
Ölkə mətbuatı
A- A+

Martın 29-da Yaponiyanın mərkəzi hissəsinə, o cümlədən Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Tokio daxil olmaqla, Kanto regionunun geniş ərazisində bazar günü səhərdən günortayadək güclü qar yağıb. Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, Kantonun şimal rayonlarına 30 santimetr, Koşin rayonuna 25 santimetr, Hakone, Tama və Çiçibu rayonlarına isə 15 santimetr qar yağıb.

Cari ildə Tokio administrasiyasının yeni koronavirus təhlükəsi və Meteorologiya Agentliyinin havanın kəskin dəyişməsi ilə bağlı torpaq sürüşmələri, daşqınlar və güclü külək barədə xəbərdarlığına görə yerli sakinlər demək olar ki, evlərini tərk etməyiblər. Buna görə də, həmişə öz gözəlliyi ilə çoxlu sayda insanı cəlb edən Takao dağında da demək olar ki, heç kim olmayıb.

Əlavə olaraq qeyd edək ki, bu cari qış fəsli ərzində Kanto regionuna cəmi bir dəfə güclü qar yağıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR