Vatikan kardinalı koronavirusa yoluxub

Vatikan kardinalı koronavirusa yoluxub
12:32 31 Mart 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Vatikanın kardinallarından birində yeni növ koronavirus infeksiyası aşkarlanıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu şəxs 66 yaşlı italiyalı kardinal Ancelo De Donatisdir. 

O, bazaar ertəsi yüksək hərarətlə Romanın "Jemelli" xəstəxanasına gətirilib. 

Hazırda kardinalın ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Qeyd edilib ki, o, Papa Fransislə, eləcə də yaxın ətrafı ilə təmasda olmayıb. 

Xatırladaq ki, Vatikanda ümumilikdə 6 koronavirusa yoluxma aşkarlanıb.

Müqəddəs Taxtın mətbuat xidmətindən verilən məlumata görə, yoluxanlardan heç biri Papa və onun ətrafı ilə əlaqə qurmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR