x
Loading...

Dünyada SON DURUM: koronavirus qorxunc rəqəmlərə çatır

Dünyada SON DURUM: koronavirus qorxunc rəqəmlərə çatır
12:38 31 Mart 2020
225 Dünya
Ölkə mətbuatı
A- A+
.

Dünya miqyasında koronavirusa yoluxanların sayı 787 min 411-ə çatıb.

Publika.az xəbər verir ki, ən son məlumata görə, 37 min 846 nəfər infeksiya səbəbindən ölüb.

165 min 935 şəxs sağalıb.

Koronavirusa yoluxma miqyasına görə ABŞ ölkələr siyahısına liderlik edir. Ölkədə 164 min 359 nəfər infeksiya daşıyıcısıdır. Son 24 saat ərzində 515 nəfərdə yoluxma faktı aşkarlanıb. Ümumilikdə, 3 min 173 şəxs dünyasını dəyişib. Ölüm sayına görə İtaliya dünya üzrə birinci yerdədir. Burada 11 min 591 nəfər koronavirusdan dünyasını dəyişib. Ən çox sağalan xəstə sayı pandemiyanın yayıldığı Çindədir. Burada 76 min 52 nəfər xəstəliyə qalib gəlib.

Azərbaycanda rəsmi rəqəmlərə əsasən, 273 təsdiqlənmiş koronavirus xəstəsi var. 4 nəfər dünyasını dəyişib. 26 nəfər sağalıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/309286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR