Bakıda əməliyyat - 3 qardaş HƏBS EDİLDİ

Bakıda əməliyyat - 3 qardaş HƏBS EDİLDİ
16:53 31 Mart 2020
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan qardaşlar tutulub.

Publika.az xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

Tutulan qardaşlar ətrafında araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/309330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR