x
Loading...
.

''Hər gün termometrlə hərarətinizi ölçün'' -

.

''Respirator maskalar insanları virusdan qorumur. İnsanlar maska almağa can atmasınlar.''

Metbuat.az xəbər verir ki,bu fikirləri Çinin Vuhan şəhərində təhsil alan azərbaycanlı doktorant Aqil Əliyev deyib.

'' N95 maskalar istifadəyə 3 gündən çox yaramır. Burada əsas imunitetin güclü olmasıdır. Azərbaycan xalqına əl-üz yumağı öyrədirlər. Bunu xalqımıza öyrətmək lazım deyil. Xalqımız bunu illərdir edir. İnsanlar təlaşlanırlar ki, məndə virus var. 14gün karantin müddətində mən Pekində qalanda hər gün temperaturumu ölçürdüm. Daha sonra bu barədə həkimlərə bildirirdim. Bizim insanlar təlaşlanmaq yerinə temperaturunu hər gün ölçsələr daha yaxşı olar. Hər gün üç dəfə temperaturu ölçüb baxmaq lazımdır.

Əgər 37 dərəcədən çox temperatur varsa və bu adi soyuqdəymə üçün nəzərdə tutulmuş qızdırmasalan dərmanlar ilə düşmürsə insanlar ərazidəki laboratoriyalara gedib qanlarını analiz versinlər. Əgər virus aşkar edilərsə bundan sonra narahat olsunlar.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR