Məşhur neyrocərrah koronavirusdan vəfat edib

Məşhur neyrocərrah koronavirusdan vəfat edib
17:57 31 Mart 2020
163 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da tanınmış neyrocərrah koronavirusdan vəfat edib.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dünyada tanınmış pediatr neyrocərrah Ceyms Qudriç koronavirusun ağırlaşması səbəbindən həyatını itirib.

O, birləşik əkizləri ayırmaq üçün tibb elminə xüsusi metod gətirib. Belə ki, C. Qurdiç 2016-cı ildə başlarından birləşik Siyam əkizlərinin 27 saatlıq əməliyyatında 40 həkimdən ibarət qrupa rəhbərlik edib.   

30 il Nyu-York xəstəxanasında pediatrik neyrocərrahiyyənin direktoru, həm də Albert Eynşteyn Tibb Kollecində professor vəzifəsində çalışmış  neyrocərrah dünyanın müxtəlif ölkələrindəki tibb araşdırma mərkəzlərində mühazirələr verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR