.

Roza Zərgərli Somalidən uşaq övladlığa götürəcək

Roza Zərgərli Somalidən uşaq övladlığa götürəcək
18:43 31 Mart 2020
Ölkə mətbuatı
A- A+
.

"Axır ki, uşaqlarımız üzümü gördülər. Karantin dövründə onları bezdirdik ki, işləyəndə evə gəlməyimizi istəməsinlər. Evdə qal prinsipi əla gedir. 20 gün içində cəmi iki dəfə evdən çıxdım, o da həkimə getmək üçün".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli rejissor Nail Naiboğlunun "İri plan" layihəsində deyib. "Niyə sizi varlı müğənni hesab edirlər" sualına sənətçi belə cavab verib:

"Elə hesab etmələri düzdür. Villalarım yoxdur. Üçotaqlı evim, bir maşınım var. Allahın verdiyi ruzini başqaları ilə bölüşürəm. Elə bilirlər pulum çoxdur deyə edirəm. Mən axırıncı pulumu da başqası ilə bölüşməyə qadirəm. Elə bir insan yoxdur ki, balasının boğazından kəsib başqasına versin. Özümdən başqa beləsi yoxdur. Hamısı ancaq evinə daşıyır".

R.Zərgərli Sevil və Sevinc Səfərovaların "ATV maqazin onlarla"da dediyi "Görüşsək, salam verərik" sözlərinə də münasibət bildirib:

" "Salam"larını qəbul etmərəm. Sözü bir dəfə deyirəm. Həyatımdan sildiyimi qəbul etmirəm. Barışıq üçün yer saxlamaq lazımdır. Sevil və Sevinclə də aramızda soyuqluq yarandı, mediaya çıxardılar məsələni və mövzu bitdi. Dünyanın axırı da olsa, onlarla barışmayacam və bağışlamayacam".

Yenidən övladlığa uşaq götürmək istəyən Roza "Əslində istəyirdim ki, Somalidən övladlığa götürüm. Danışıqlar apardıq. Amma məlum məsələlərə görə yarımçıq qaldı. İndi özüm evdən çıxa bilmirəm, uşağı necə götürüm?" sözlərini əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/309338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR