Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub
15:22 2 Aprel 2020
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əhmədov "Azərbaycan naminə" adlı esse yazı müsabiqəsinin qalibi olub. 

O, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

Bundan başqa, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Xəyal Fərzəliyev isə müsabiqədə həvəsləndirici mükafata sahib olub. 

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 323, Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən isə
21 esse təqdim olunub. Müsabiqə "Vətənpərvərlik və şəhidlik zirvəsi", "Mənəvi dəyərlərimiz" və "Azərbaycançılıq məfkurəsi" mövzularını əhatə edib.

Rəşad Əhmədovun I yerə layiq görülən "Vətənpərvərlik və şəhidlik zirvəsi" mövzusundakı
esse yazısı ilə bu linkdən - https://bit.ly/2Jxmplz tanış ola bilərsiniz.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/838420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR