Bu qız haqda şok iddia

Bu qız haqda şok iddia
19:51 17 Yanvar 2015
227 Dünya
Ölkə mətbuatı
A- A+

İngilitərənin Daily Mail qəzeti İstanbulu partladan qız Diana Ramazanova haqda şok iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, qəzet bildirir ki, Diana Ramazanova Parisdə süpermarketə hücum edərək 4 nəfəri girov götürən Amedi Koulibalinin arvadı Hayat Boumeddiyen ilə İstanbulda müxtəlif vaxtlarda bir oteldə qalıblar.

Qəzetin xəbərinə görə, 18 yaşlı Ramazanova Norveç əsilli İŞİD-çi əri Əbu Aliuvits Edelbijev ilə Türkiyədən Suriyaya geçərək İŞİD sıralarında döyüşüblər. Bir müddət sonra Edelbijev öldürülüb. Ramazanova isə ötən ilin dekabr ayının 26-da Türkiyəyə qayıdıb və 11 gün İstanbulda bir oteldə qalıb.

Yanvarın 2-də isə Fransa polisinin axtardığı Amedi Koulibalinin arvadı Hayat Boumeddiyen də eyni oteldə 2 gecə qalıb.

Qəzet iddia edir ki, hər iki terrorun bir-birilə əlaqəsi var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR