Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirdi
05:57 3 Aprel 2020
135 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın şimalında 14 terrorçu zərərsizləşdirilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, terrorçular "Fərat Qalxanı" əməliyyatının keçirilməsi zonasına hücum hazırlayırmış.
Müdafiə Nazirliyində qeyd ediblər ki, PKK terrorçularının Suriya qanadının döyüşçüləri – YPG silahlıları türk xüsusi təyinatlı dəstəsinin müvəffəqiyyətli əməliyyatı nəticəsində məhv edilib.
"Türkiyə regionda sabitliyin və sülhün təminatı üzrə bütün lazımi addımları atmaqda davam etməyə tam qətiyyətlidir", - xəbərdə vurğulanır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ordusu-suriyada-14-terrorcunu-zerersizlesdirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR