Türk həkimdən ŞAD XƏBƏR: "Koronavirus peyvəndini sınaqdan uğurla keçirdik"

Çində yaranan və bütün dünyaya yayılan yeni növ koronavirusun peyvəndini yaratmaq üçün dünyanın müxtəlif ölkələrdində çalışmalar davam edir. Bu barədə daha bir şad xəbər ABŞ-dan gəlib.

Metbuat.az xəbər verir ki, Pitsburq Universiteti Tibb fakültəsində çalışan türk həkim Ergin Koçyıldırım universitetin yeni bir peyvənd hazırladığını açıqlayıb. O bildirib ki, peyvənd siçanlar üzərində təcrübədən keçirilib və təcrübə uğurla yekunlaşıb. Özünün "Tvitter" hesabında paylaşım edən həkim qeyd edib:

"Universitetimizin peyvənd sahəsi üzrə heyəti təcrübənin ilk nəticələrini paylaşdı. Siçanlar üzərindəki təcrübələrdə laboratoriyada yaradılan proteindən istifadə edilib və uğurlu alınıb. Peyvəndin insanlar üzərində təcrübədən keçirilməsi üçün "FDA"dan (ABŞ Qida və Dərman Dairəsi) icazə gözlənilir".

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR