"Real Madrid"də yeni müqavilə

"Real Madrid"də yeni müqavilə
17:17 5 Aprel 2020
245 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" icarə əsasında "Borussia Dortmund"da çıxış edən futbolçusu Əşrəf Hakimi ilə müqaviləni yeniləyib.

Goal.az Marca-ya istinadən xəbər verir ki, "kral klubu" 21 yaşlı futbolçuyla 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Hakiminin adı son vaxtlar "Bayern" və PSJ ilə yanaşı çəkilirdi. Eyni zamanda, "Borussia"nın da futbolçunu birdəfəlik heyətinə qatmaq istədiyi deyilir.

Qeyd edək ki, Hakiminin "Real"la müqaviləsi 2022-ci ilədək nəzərdə tutulmuşdu. Onun "Borussia" ilə icarə müqaviləsi mövsümün sonunda bitəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR