100 il əvvəlki pandemiyaya da qalib gəldi, koronavirusa da - 104 yaşı var - FOTO

100 il əvvəlki pandemiyaya da qalib gəldi, koronavirusa da - 104 yaşı var - FOTO
11:22 6 Aprel 2020
132 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada 104 yaşlı qadın koronavirusdan sağalıb.

Milli.Az The Sun-a stinadla xəbər verir ki, Ada Zanusso adlı qadın koronavirusa qalib gəlib. O, pandemiyaya qalib gələn ən yaşlı insanlardan biridir.

Ada mart ayının 17-də, qocalar evində koronavirusa yoluxub. Onunla birlikdə qalan 20 nəfər ölsə də, 104 yaşlı Ada sağalıb.

Həkimlər onun sağalmasını "böyük ümid" adlandırıblar.

Qeyd edək ki, Ada Zanusso 1918-1920-ci illərin pandemiyasına çevrilən İspan qripinə də qalib gəlib.

Məlumat üçün bildirək ki, İtaliyada 128.948 nəfər koronavirusa yoluxub. Onlardan 15.887-si dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR