İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir

İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir
17:42 6 Aprel 2020
229 Dünya
Ölkə mətbuatı
A- A+

İranda yeni növ koronavirusun (COVID 19) yayılmasından 45 gün sonra bəlli olub ki, bu virusun öldürmə təhlükəsi H1N1 qripindən (donuz qripi) daha təhlükəlidir.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri K.Cahanpurun sözlərinə görə, əvvəllər virusun bu dərəcədə təhlükəli olmadığı hesab olunurdu.

Cahanpur əlavə edib ki, ötən həftələr ərzində sağlam vətəndaşlara maska tövsiyə olunmurdu. Lakin artıq bu fikir dəyişib və faktlar göstərir ki, məsafə saxlanılmayan məkanlarda maskanın taxılması virusun yayılmasının qarşısını ala bilər.

Onun sözlərinə ki, son 2-3 gün ərzində Tehranda yenidən sıxlıq müşahidə olunur. Halbuki hələ də bütün əmək fəaliyyətlərinin başlamasına icazə verilməyib. Bu sıxlıq davam edərsə, Tehranda virusun yayılması yenidən artacaq.

Cahanpur deyib ki, Çin ötən həftələrdə koronavirusla mübarizədə İrana ən çox köməkliyi göstərib və bunu unutmaq olmaz.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (6 aprel) İranda 60 500 nəfərin koronavirusa yoluxduğunu, 3 739 nəfərin öldüyünü və 24 236 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR