Fransa Çindən 2 milyarddan çox maska sifariş edib

Fransa Çindən 2 milyarddan çox maska sifariş edib
20:22 6 Aprel 2020
205 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Çindən 2 milyard ədəddən çox maska sifariş edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası Fransanın Səhiyyə naziri Olivye Verana istinadla məlumat yayıb.

Nazir daha əvvəlki açıqlamalarında Fransada həftədə 40 milyon maskanın istifadə olunduğunu demişdi. Pandemiya ilə mübarizənin ön cəbhəsində olan tibb işçiləri, polislər, evlərdə yaşlı adamlara baxıcılıq edənlər maska qıtlığından şikayət ediblər.

Qeyd edək ki, Çin hökuməti daha əvvəl pandemiya ilə mübarizə üçün 1 milyon tibbi maska, 1,5 milyon əlcək, 10 min qoruyucu geyimi Fransaya ianə olaraq göndərib.

Fransa hazırda COVID-19 pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Son məlumata əsasən, ölkədə 90 minə yaxın yoluxma faktı və 7560 ölüm qeydə alınıb. Virusa yoluxanların 6838 nəfərinin vəziyyəti ağır və ya kritikdir. Martın 17-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR