Tesla-nın Cybertruck pikapına artıq 622 min sifariş gəlib

Tesla-nın Cybertruck pikapına artıq 622 min sifariş gəlib
21:22 7 Aprel 2020
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Digər avtomobil istehsal edən şirkətlər sürətli şəkildə alıcılarını itirsələr də, Tesla gün ərzində Cybertruck üçün 1000 sifariş qəbul edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyasının geniş yayılması və avtomibil sənayesinə mənfi təsirinə baxmayaraq, Tesla demək olar ki, zərərlə qarşılaşmır.

Cari vəziyyətdə şirkətin Cybertruck pikapına 622 mindən çox sifariş gəlib. Diqqət etsək bu rəqəm gün ərzində 1000 pikapın sifarişi deməkdir. Bu o qədər də çətin deyil, çünki depozit sadəcə 100 dollar həcmindədir. Sifarişdən imtina edəndə isə itki çox da yüksək olmur. Daxili sifariş daha çox Kaliforniyadan gəlir. Sözügedən ştatda daha çox hibrid və elektromobillər istifadə olunduğundan sifarişlərin 13%-i buranın payına düşür. Texas ştatına 6,25%, Florida 5,21%, Vaşinqton 4,06%, Kolorado şatının payına isə 3,04% düşür. Nyu-York bu siyahıda 2,41%-lə yeddinci yerdədir.

Ölkələr sırasına 76,15% sifarişlə ABŞ liderlik edir. İkinci yerdə 10,36%-lə Kanada, üçüncü yerdə 3,23% sifarişlə Avstraliya gəlir.

Qeyd edək ki, Tesla Cybertruck buraxılışı gələn ildən başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR