Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb? - Reutersdən açıqlama

Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb? - Reutersdən açıqlama
17:37 8 Aprel 2020
288 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl mətbuatda koronavirusun ABŞ-da hazırlanıb, Çinə satılması ilə bağlı məlumatlar yayılıb. Bu tip xəbərlər müxtəlif dillərə tərcümə edilərək Facebook-da 79 min dəfə paylaşılıb. Məlumatda qeyd olunub ki, Harvard universitetinin professoru Dr.Charles Lieber buna görə saxlanılıb.

Məlumatlar: "Koronavirusu ABŞ-da istehsal edib, Çinə satan professor həbs olundu" tipli başlıqlarla minlərlə dəfə paylaşılıb.

Milli.Az xəbər verir ki, Reuters agentliyi məsələyə aydınlıq gətirib.

Agentlik bildirir ki, professor Dr.Charles Lieber və Harvard universitetindəki çinli mütəxəssislər saxlanılması barədə məlumatlar doğrudur. Lakin onların virusu yaradıb, Çinə satması ilə bağlı qeyd olunanlar yanlışdır.

Harvardın professoru Charles Lieber yanvar ayının 28-də Çin höküməti ilə əlaqələri ilə olduğuna görə tutulub.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR