Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi

Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi
07:32 9 Aprel 2020
168 Maraqlı
Ölkə mətbuatı
A- A+

NASA Artemis layihəsi üçün verdiyi elana astronavt olmaq istəyən 12 mindən çox şəxsin müraciət etdiyini bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, NASA bu layihəni 2024-cü ilə qədər həyata keçirməyi planlaşdırır. Şirkət rəsmilərinin sözlərinə görə, müraciət edənlərin əksəriyyəti Amerika vətəndaşlarıdır. Layihə üçün martın 2-də başlanan müraciət vaxtı 31 martda başa çatıb. Yeni astronavtların adlarının 2021-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.

Xatırladaq ki, NASA 1960-cı ildən bu günəcən astronavt təhsili üçün 350 tələbə qəbul edib. Təhsil müddətini uğurla başa vuranlar şirkətdə işlə təmin olunurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR