Çempionatın ləğvi səsverməyə çıxarılacaq

Çempionatın ləğvi səsverməyə çıxarılacaq
11:05 9 Aprel 2020
186 İdman
Ölkə mətbuatı
A- A+

Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyi səsvermə yolu ilə müəyyənləşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Ölkənin 2, 3 və 4-cü iqalarının ləğv olunub-olunmamasının səsverməyə çıxarılacağı bildirilir. Səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edəcək.

Həmin klublar mövsümün ləğvinə qərar versələr, çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunacaq.

Yüksək liqa ilə bağlı ayrı bir toplantı keçiriləcəyi də bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda "Seltik" çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR