"Report" xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.
Mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.
Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.