ABŞ-ın neft ehtiyatları kəskin şəkildə artdı

ABŞ-ın neft ehtiyatları kəskin şəkildə artdı
13:43 9 Aprel 2020
229 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın kommersiya üçün nəzərdə tutulmuş xam neft ehtiyatı artıb.

Publika.az xəbər verir ki, Energetika İnformasiya İdarəsi (EIA) ölkənin xam neft ehtiyatının ötən həftə daha əvvəlki həftəyə nisbətən 15,2 barel (3,2%) artımla 484,4 milyon barelə yüksəldiyini açıqlayıb.

Bazar isə ehtiyatın 9,3 milyon barel artacağını proqnozlaşdırırdı.

Kommersiyaya daxil olmayan strateji xam neft ehtiyatı isə dəyişməyərək 635 milyon barel səviyyəsində qalıb.

ABŞ-ın xam neft idxalı ötən həftə daha əvvəlki həftəyə nisbətən gündəlik, orta hesabla, 173 min barel azalma ilə 5,87 milyon barelə, neft ixracı isə 322 min barel azalma ilə 2,83 barelə düşüb. Bu dövrdə xam neft istehsalı isə 600 min barel azalıb. Beləliklə, 28 mart-3 aprel həftəsində gündəlik neft istehsalı 12,4 milyon barel olub.

Əlavə edək ki, ABŞ-ın gündəlik xam neft istehsalı 22-28 fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.

Qeyd edək ki, OPEC və OPEC+ ölkələri arasında əlavə neft istehsalının məhdudlaşdırılmasına dair razılıq əldə olunmadığı üçün neftin qiyməti kəskin şəkildə azalıb və tələbat dəfələrlə aşağı enib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/310243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR